Menu

“Putin çarəsiz vəziyyətdədir” - Boris Conson

03.04.2022, 22:42
“Putin çarəsiz vəziyyətdədir” - Boris Conson

Böyük Britaniyanın baş naziri Boris Conson Rusiya ordusunun Ukraynanın Buça və İrpen şəhərlərində mülki əhaliyə hücumlarını sərt tənqid edib.

O qeyd edib ki, Rusiyanın İrpen və Buçada dinc sakinlərə namərdcəsinə hücumları Rusiya ordusunun və onun rəhbərliyinin Ukraynada müharibə cinayətləri törətdiyinin daha bir sübutudur.

“Kremlin heç bir təkzibi və ya dezinformasiyası hamımızın bildiyi həqiqəti gizlədə bilməz: Putin çarəsiz vəziyyətdədir, onun işğalı uğursuz oldu və Ukraynanın qətiyyəti heç vaxt bu qədər güclü olmamışdı”, - Boris Conson vurğulayıb.(Mənbə: Segodnya)

Şərhlər

RR 2022-04-03 22:51:01

Allah purtilyerin cezasin verecek !!! mûtleq

t.ədalət 2022-04-03 22:46:13

Ukrayna ordusu bolşevik ruhlu adamların təbliğ etdiyi rus ordusunun güc mifini darma-dağın etdi.Alqış,Ukrayna!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol