Menu

Azərbaycan-Avropa Şurası əməkdaşlığına dair yeni fəaliyyət planı hazırlanıb

04.04.2022, 14:17
Azərbaycan-Avropa Şurası əməkdaşlığına dair yeni fəaliyyət planı hazırlanıb

Azərbaycanla Avropa Şurası arasında 2022-2025-ci illər üzrə əməkdaşlığa dair yeni fəaliyyət planı hazırlanıb.

“Report” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov aprelin 4-də Bakıda Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçlə görüşdə deyib.

Onun sözlərinə görə, sənəd Azərbaycanın ehtiyacları və AŞ-nın tövsiyələri əsasında işlənib hazırlanıb və ümumi əməkdaşlıq çərçivəsini təşkil edəcək.

Mariya Peyçinoviç Buriç AŞ Baş katibi qismində ölkəyə ilk dəfə səfər etdiyini və bu çərçivədə dövlət başçısı ilə görüşün baş tutduğunu bildirib. Baş katib səfəri çərçivəsində AŞ-Azərbaycan 2022-2025 Fəaliyyət Planının təsis görüşündə iştirak edəcəyini məmnunluqla qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol