"Taliban"ın ali lideri Heybətullah Axundzadə ölkədə xaşxaş toxumunun becərilməsi, eləcə də narkotik ticarətini qadağan edib.
"Tolo News" xəbər verir ki, H.Axundzadənin aprelin 3-də imzaladığı fərmanla xaşxaş yetişdirilməsinə, heroin, “Tablet K”, həşiş və digərləri kimi bütün növ narkotiklərin, eləcə də spirtli içkilərin istifadəsinə qadağa qoyulub. Fərmanın icrası məcburidir. Qanunu pozanlar məhkəmə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılacaq.
Bununla belə, çoxsaylı hesabatlar göstərir ki, xaşxaş becərilməsi və narkotik ticarəti əsasən ölkənin cənub və şimal hissələrində "Taliban" üçün böyük gəlir mənbəyidir. Narkotik qaçaqmalçılığının böyük hissəsi İrandan keçir və "Taliban" bundan böyük gəlir əldə edir. Əfqanıstan dünyanın ən çox qanunsuz narkotik istehsal edən ölkələri sırasındadır. Hazırda küçələrdə çoxlu narkotik aludəçisi var.
L.SƏMLA
AzPolitika.info


Şərhlər