Menu

Ukraynanın İzyum şəhərinin sakinləri zorla Rusiyaya aparılır

05.04.2022, 09:00
Ukraynanın İzyum şəhərinin sakinləri zorla Rusiyaya aparılır

Rusiya hərbçiləri Ukraynanın İzyum şəhərindən vətəndaşların məcburi çıxarılmasına başlayıblar. İzyum vətəndaşları zorla Rusiyaya aparılır. Həmçinin təmizləmə tədbirləri həyata keçirilir.

“Report” xəbər verir ki, “RBC-Ukraina” bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsinə istinadən məlumat yayıb.

"Slobojanşinada, İzyum şəhərində düşmən icbari təmizləmə tədbirləri və yerli sakinlərin məcburi olaraq Rusiya Federasiyasının ərazisinə çıxarılmasını həyata keçirir", - Baş Qərargah bildirib.

Şərhlər

t.ədalət 2022-04-05 09:07:02

Rusiya,artıq Allahın qanunlarına qarşı çıxmaqda davam edir.İrəvan və Qarabağ ərazisində azərbaycanlıların məcburi köçürülməsi olduğu kimi,qətlə yetirməyə vaxtı çatmayan adamları zorla deportasiya edir.İndi də Ukraynada bu murdar hərəkətlərini icra edirlər.Görünür,Allahın verəcəyi cəzadan hələ xəbərsizdirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol