Menu

Döyüşçümüz 20-ci dəfə dünya çempionu oldu - Foto

04.11.2014, 09:07
Döyüşçümüz 20-ci dəfə dünya çempionu oldu - Foto

Eduard Məmmədov “lou-kik” (low-kick) stilində döyüşüb

İtaliyada WKA versiyasında Kikboksinq üzrə dünya çempionatı (Unified World Championships) keçirilib.

ANS PRESS-in məlumatına görə, turnirdə dəfələlərlə xarici ölkələrdə bayrağımızı dalğalandırmış ən titullu idmançı adını daşıyan Eduard Məmmədov təmsil edib.

Kikboks üzrə 60 kq çəki dərəcəsində döyüşən idmançı karyerası ərzində 20-ci dəfə dünya çempionu adını qazanıb.

Qeyd edək ki, braziliyalı, ispan və finalda ukraynalı rəqiblərinə qalib gəlməyi bacaran Məmmədov “lou-kik” (low-kick) stilində mübarizə aparıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol