Menu

Boris Conson Rusiya əhalisinə rus dilində müraciət etdi - VİDEO

06.04.2022, 00:37
Boris Conson Rusiya əhalisinə rus dilində müraciət etdi - VİDEO

Böyük Britaniyanın baş naziri Boris Conson bir neçə cümlə ilə Rusiya əhalisinə rus dilində müraciət edib.

Ukraynanın Buça şəhərində baş vermiş insan faciəsinə toxunan Boris Conson deyib: “Rusiyalılar həqiqəti bilməyə layiqdir, siz faktlardan xəbərdar olmağı haqq edirsiz. Rusiyalı hərbçilərin Buça, İrpen və Ukraynanın digər şəhərlərində törətdikləri vəhşiliklər bütün dünyanı dəhşətə gətirib”.


Şərhlər

Moshu 2022-04-06 11:49:06

Nə qədər də Qərb və ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etsə də inanmıram ki, Rusiya diz üstə çökə və təslim ola. Hazırda Rusiyanın ərazisində müharibə, döyüşlər getmir. Olmasın hansısa texnologiya, rus kəndlisi öz torpağında məhsul əkib kartofla çörəyini əldə edəcəkdir. Götürək məs., Şimali Koreyanı, bütün ölkələr tərəfindən təcrid olunub, prokaza xəstəliyi kimi hamı ondan kənar gəzir. Yaxşı-pis düyüsünü, çörəyini əldə edir, hətta öz nüvə silahını da istehsal edir və onun yoxlanılmasını da həyata keçirir, elə götürək İran İslam Respublikasını. Ən azından bu “ağıllı” dövlətlər yığılıb öz birliklərini yaradacaqlar. Sanksiyalar yetərli deyil. Sanksiyalardansa Boris Consonun çıxışları kimi çıxışlar rus ictiaiyyətinin beyninə yeridilməlidir, o vaxta qədər ki, onlar bu müharibənin mahiyyətini dərk etsinlər. Hazırda Rusiyada Whatsap-dan savayı demək olar ki, bütün şəbəkələr fəaliyyətsizdir. Rusiya telekanalizasiyasnın bəzi ağıldan kəm boşboğazları rusiya ictimaiyyətinin başını pozurlar, onlarda, yəni əhalidə informasiya qıtlığı yaradırlar. Bu baryer aşılmasa problem daha da dərinləşəcək. Bizim Rusiyada kifayət qədər qohum-əqrəbalarımız, dost-tanışlarımız var. İnformasiya məsələsində biz də öz töhfəmizi vermək zorundayıq. ....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol