“AMEA-nın elmi bölmələrinin və Rəyasət Heyəti aparatının strukturunun təkmilləşdirilməsi haqqında” qərar verilib.
APA xəbər verir ki, bu barədə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov bildirib.
Onun sözlərinə görə, verilmiş təkliflər əsasında Rəyasət Heyəti tərəfindən “AMEA-nın elmi bölmələrinin və Rəyasət Heyəti aparatının strukturunun təkmilləşdirilməsi haqqında” qərar qəbul edilib.
Arif Həşimov qeyd edib ki, irəli sürülən təkliflər və sözügedən qərar növbəti illərdə Akademiyada idarəetmənin və strukturun optimallaşdırılmasında, eləcə də elmi potensialın və elmi nailiyyətlərin qorunmasında mühüm rol oynayacaq.


Şərhlər
Bu AMEA-nın rəyasət heyətini hamılıqla buraxmaq lazımdır. Pulla akademik adı alan elm alverçiləri müqədəs məbədi bərbad günə qoyublar. Kğhnə klan kök salıb alag otu kimi rəyasət heyətində.