Menu

ABŞ "Sberbank" və "Alfa-Bank"a qarşı sanksiyalar tətbiq edib

06.04.2022, 19:09
ABŞ "Sberbank" və "Alfa-Bank"a qarşı sanksiyalar tətbiq edib

ABŞ administrasiyası "Sberbank" və "Alfa-Bank"a qarşı tam bloklayıcı sanksiyalar tətbiq edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.

"Biz Rusiyanın ən böyük banklarının və Mərkəzi Bankının ABŞ-la hər hansı bir iş görməsini dayandırmaqla, bütün aktivlərini dondurmaqla maliyyə zərbəsini kəskin şəkildə gücləndiririk”, - nümayəndə deyib.

Qeyd edək ki, ABŞ xarici borcuna xidmət edə bilməməsi üçün Rusiyanı dollara çıxış imkanından məhrum etməyə çalışır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol