Külli miqdarda rüşvət ittihamı ilə həbs edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri, eyni zamanda, yazıçı Əjdər Cəbiyevin (Əjdər Ol) bir sıra mülkə sahib olduğu üzə çıxıb.
“Qafqazinfo” sabiq məmurun və ailə üzvlərinin əmlaklarının siyahısını əldə edib.
Belə ki, istintaq dövründə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Əjdər Ol və yaxın qohumlarının adına olan bir sıra mülkün üzərinə həbs qoyulub.
Həmin əmlaklar aşağıdakılardır:
Nərimanov rayonunda (mənzil: 25) - 528 min manat
Nərimanov rayonunda (mənzil: 26) - 528 min manat
Nərimanov rayonunda mənzil - 80 min manat
Novxanı kəndində 0.12 hektar torpaq sahəsi - 100 min manat
Ailə üzvlərinin mülkləri:
Səbail rayonunda mənzil - 150 min manat
Xətai rayonunda mənzil - 120 min manat
Nərimanov rayonunda mənzil - 85 min manat
Nərimanov rayonunda mənzil - 325 min manat
Bundan başqa, ailə üzvlərinin mülkiyyətində olan Nərimanov rayonunda 3 mənzil, Hacıqabulda 0.28 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qiyməti obyektiv səbəblərə görə müəyyən edilə bilməyib.
Məhkəmənin qərarı ilə Əjdər Olun dövlətə vurduğu maddi ziyanın ödənilməsi məqsədilə onun DTX Maliyyə İdarəsinin depozit hesabına qoyduğu 589 min 760 manat müsadirə edilməklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına keçirilib. O, dövlətə vurduğu ziyanı nağd şəkildə ödəyib.
Qeyd edək ki, Əjdər Ol qulluq mövqeyindən istifadə edərək, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham edilib. O, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla əlbir olaraq 600 min manata yaxın pulu rüşvət və mənimsəmə yolu ilə ələ keçirməkdə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətə azadlıqdan məhrum olunub.
Azərbaycan Yazıçıları Birliyinin üzvü olan Əjdər Ol 70-ə yaxın kitabın müəllifidir və bu sahədə təltif edilib.


Şərhlər
Yazar əhli böyuk bir hissəsi sözdə bir cür danışır, əməldə isə başqa cür hərəkət edirlər. Mədəniyyət və mənəvi dəyərləri haqda dəm vuranlar özləri bu dəyərləri tptaq altına atır.Bu danılmaz faktdır
Allah qapısını açsın...Səlim Müslümov ondan belə bir şeir deyirdi... Adamsan da incidərlər adamı, O dünyadan haraylama atanı, Alansansa dur özün al qadanı, Canım gözüm ömür elə budu bu, Carpışmağa meydan budur, cığır bu...
Gorun çatlasın ay SABİR !!! A kişi indi belə çıxır ki , bu əjdər ol da qələm əhlidir, SABİR də ?!
Allah bunların belini qırsın. 3 uşaq atası olmağıma baxmayaraq bu günə kimi sosial yardım ala bilmirəm. Uşaq pulunu da ancaq yuxuda görə bilərsiniz deyirlər. Haqqımız haram olsun, gözünüzdən gəlsin.
Azerbaycanda ele memurlar var ki,Şair onun yanında bu var dövletle heç nökerçiliye de yaramaz ,ele bu nazirliyin özünde de ele memurlar var ki ,asılmağa layiqdirler ancaq güdaza şairler gedir.Valkah adam utanur da demeye ki ,ay qardaş sen senet adamısansa senetele meşğul ol axı bu rüşvet meselesi de bir “Senetdir ki gerek senetkarı olasan.”
Dövlət əmlakını talan edənlərə qarşı yalnız ölüm hökmü olmalıdır !
Bu əmlakların taleyi necə olur? Bir mənzil satılıb ziyan ödəndi digərləri necə olur?