Menu

Məşhur serialda Öcalan səhnəsi - Foto

04.11.2014, 10:12
Məşhur serialda Öcalan səhnəsi - Foto

Serialın 7-ci seriyasının nümayişi vaxtı bu səhnə filmdən çıxarılıb

Türkiyənin telekanallarından birində nümayiş olunan serialın anonsunda terrorçu lider Abdullah Öcalanın göstərilməsi etirazla qarşılanıb.

ANS PRESS-in məlumatına görə, “Reaksiyon” filminin anonsunda Kobani üçün keçirilən etiraz aksiyaları öncəsi PKK lideri Abdullah Öcalanla görüş səhnəsi nümayiş olunub.

Tamaşaçıların çoxsaylı etirazlarından sonra serialın 7-ci seriyasının nümayişi vaxtı bu səhnə filmdən çıxarılıb.

Serialın prodüsserləri bu səhnənin yayımlanmaması barədə hər hansı açıqlama verməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol