Menu

Bina evində kombidən istifadə qadağan olunacaq - Agentliyin sədri açıqladı + VİDEO

07.04.2022, 22:00
Bina evində  kombidən istifadə  qadağan olunacaq - Agentliyin sədri açıqladı + VİDEO

Yeni yaşayış binalarında fərdi istilik sistemlərindən istifadə, ətraf mühitin çirklənməsinə səbəb olur. Bunu "Xəzər Xəbər"ə açıqlamasında Ekologiya və təbii sərvətlər nazirliyinin dövlət ekoloji ekspertiza agentliyinin sədri Mirsalam Qənbərov deyib.

O qeyd edib ki, artıq bu sistemlərin mərkəzləşdirilmiş istilik sistemləri ilə əvəz olunması üçün bir neçə qurumla birgə təşəbbüs də irəli sürüblər.

Mənzillərin istilik və isti su ehtiyacını təmin etmək üçün adətən kombidən istifadə olunur. Kombilərə tələbat daha çox payız və qış aylarında artır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi, yaşayış binalarında fərdi istilik sistemlərindən istfadənin ətraf mühitin çirklənməsinə səbəb olduğunu bildirib.

Agentliyin sədri Mirsalam Qənbərov xüsusən də yeni binalarda kombilərdən istifadənin problemə səbəb olduğunu vurğalıyıb.

Mirsalam Qənbərov onu da qeyd edib ki, yaşayış binalarında mərkəzi istixana sistemlərinin yaradılması ilə bağlı bir neçə qurumla birgə təşəbbüs də irəli sürüblər.

Qeyd edək ki, binaların bir qismində mərkəzləşdirilmiş istilik sistemi olsa da, bir qismi hələ də fərdi istilik sistemlərindən istifadə edir.

Şərhlər

Tima 2022-04-08 07:39:18

Mərkəzi isitmə guya çox ekolojidir. O da qazla işləyir. İkinci də guya mərkəzi isitməni robotlar idarə edəcək )))

Gürcü 2022-04-07 23:37:51

Yeni evlərdə olmalıdır

Aborigen 2022-04-07 20:59:09

"Yeni yaşayış binalarında fərdi istilik sistemlərindən istifadə, ətraf mühitin çirklənməsinə səbəb olur." Əgər bunun izahını bilən varsa, xahiş edirəm ki,mənə də desin!

Zanzibar 2022-04-07 18:40:42

.........buna bax jamaatin l kombisini legv edir......

ƏDALƏT 2022-04-07 16:05:22

başlari qaçib deyəsən

TARIX 2022-04-07 14:14:35

NƏ QƏDƏR MƏSULİYYƏTSİZ DİLETANT BAXIŞDIR.HÖRMƏTLİ CƏNABLAR GŞSTƏRƏ BİLƏRSİNİZMİ HARDA İSİTMƏ VƏ İSTİ SU NORMAL VERİLİR.

mirkələmə 2022-04-07 13:06:18

bircə bu qalmışdı .....! nağıl danışma.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol