Menu

"Azərbaycanla Ermənistan arasında danışıqları alqışlayırıq" - Çin XİN

07.04.2022, 14:27
"Azərbaycanla Ermənistan arasında danışıqları alqışlayırıq" - Çin XİN

“Çin Azərbaycanla Ermənistan arasında Brüsseldə keçirilən danışıqları alqışlayır”.

“Report” xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan aprelin 7-də keçirdiyi brifinqdə bildirib.

“Rəsmi Pekin tərəflərin atəşkəs haqqında razılaşmaya birlikdə əməl edəcəyinə, regional sülh və sabitliyi dəstəkləyəcəklərinə ümid edir”, - o söyləyib.

XİN rəsmisi qeyd edib ki, Azərbaycan və Ermənistan Çinin tərəfdaşıdır: “Biz fikir ayrılığının danışıqlar yolu ilə həllini alqışlayırıq”.

Qeyd edək ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşü olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol