Menu

“Avropada saxlanmış yaxtaların ümumi qiyməti 1,8 milyard avronu keçib” – “El Pais”

07.04.2022, 14:49
“Avropada saxlanmış yaxtaların ümumi qiyməti 1,8 milyard avronu keçib” – “El Pais”

Avropa hakimiyyətləri tərəfindən saxlanılan, rusiyalı biznesmenlərə məxsus olduğu ehtimal edilən yaxtaların ümumi qiyməti 1,8 milyard avronu keçib.

Bu barədə İsaniyanın «EL Pais» qəzeti xəbər verib.

Qəzetin məlumatına görə, ötən 5 həftə ərzində anti-Rusiya sanksiyaları çərçivəsində Avropanın müxtəlif limanlarında 10-dan yuxarı yaxta saxlanıb.

Bundan əvvəl xəbər verilmişdi ki, İspaniyada 78 metrlik, 90 milyon avro qiymətə malik yaxtanı həbs ediblər - onun rusiyalı oliqarx Viktor Vekselberqə məxsus olduğu ehtimal edilirdi. İtaliyada isə gömrük xidməti 10 metrlik «New Vogue» yaxtasını (qiyməti 3,3 milyon avro) saxlayıb. Yaxtanın «Rusiyadan olan şəxslərə» məxsus olduğu bildirilirdi.

Antiquma və Barbuda ada dövlətlərinin hakimiyyətləri öz növbəsində, rusiyalı milyarder Roman Abramoviçə məxsus yaxtanı Böyük Britanyada həbs etməyə hazır olduqlarını bildiriblər .

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol