Ukraynanın “Reytinq” sosioloji qrupunun Rusiyanın ölkədə apardığı müharibənin mümkün nəticələrinə dair keçirdiyi yeni sorğuya görə, respondentlərin 78%-i ölkənin düzgün yolda olduğuna əmindir, 11%-i bunun əksini düşünür.
"AzPolitika.info" xəbər verir ki, bir həftə əvvəl keçirilmiş sorğu ölkənin əksər böləgələrindən olan 18 yaşdan yuxarı 1500 ukraynalı arasında telefonla aparılıb.
Nəticələrə gəldikdə, respondentlərin 95%-i Ukraynanın Rusiyanın təcavüzünü dəf edərək müharibədə qalib gələcəyinə inandığını deyib. Onların 69%-i qələbəyə tam əmin olduğunu, 25%-i buna inanmaq istədiyini bəyan edib.
Respondentlərin 30%-i hesab edir ki, Rusiya qoşunlarının hücumunu dayandırmaq üçün Ukraynaya bir neçə həftə kifayət edəcək. 16% qələbə çalmaq üçün 6 ay və ya bir ilə qədər, 4% bir ildən də çox gözləmək lazım gələcəyini deyib. Respondentlərin 31%-i hərbi əməliyyatların hələ bir neçə ay davam edəcəyi qənaətində olduğunu vurğulayıb.
"AzPolitika.info"


Şərhlər