Menu

Tıvadan olan könüllülər Ukraynadakı müharibəyə “qaloş”la yollanıblar – FOTOLAR

07.04.2022, 18:01
Tıvadan olan könüllülər Ukraynadakı müharibəyə “qaloş”la yollanıblar – FOTOLAR

Rusiya Federasiyasının Tıva Respublikasından olan bir qrup könüllü bu gün rus ordu sıralaraına qatılmaq üçün Ukraynaya yola düşüblər.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, aralarında qocaların da olduğu könüllülərin üst geyimlərinin köhnə və ayaqlarında “qaloş” çəkmələrin olması mediada gülüş obyektinə çevrilib.

“Tıvadan olanlar rus dilini bilmədikləri üçün zənn edirlər ki, ruslar onları Ukraynada kartof əkməyə aparır”- deyə, məlumatda qeyd olunur.

Qeyd edək ki, bu görüntülər həm də rus ordusunun Ukraynada hərbi təchicat və əsgər sarıdan xeyli əziyyət çəkdiyini göstərir.

“AzPolitika.info”



Şərhlər

Tahir 2022-04-07 18:13:43

Bataqlığa düşəcəklərini bilir və bu başdan qaloş geyərək tədbirli davranırlar. Həm də elə bu forma rus ordusunun indiki durumunu simvolizə edir. Hələ çarıq geyməyiblərsə Putin şükür eləsin. Ha ha ha ha...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol