Menu

Polşa hakimiyyəti “Sevestal”ın aktivlərini dondurub

07.04.2022, 21:09
Polşa hakimiyyəti “Sevestal”ın aktivlərini dondurub

Polşada hakimiyyət «Severstal» şirkətinin aktivlərini dondurub.

TASS agentliyinin xəbər verdiyi kimi, bu barədə Seymdə Polşa DİN-nin başçısının müavini Maçey Vonsik bəyan edib.

Vonsikin sözlərinə görə, Polşa Avroittifaqın sanksiyalarını yerinə yetirib və Rusiya oliqarxlarının və iş adamlarının sanksiya siyahısında olan mülkiyyətini dondurub. Qeyd olunur ki, «Severstal» mülkiyyəti dondurulmuş ən böyük firmadır.

Vonsik həm də qeyd edib ki, cəmin 140 milyon zlot və ya 33 milyon dollar məbləğində mülkiyyət dondurulub.

«Severstal»ın sahibi Aleksey Mordaşov - Rusiyanın sayılan iş adamlarından biri, 28 fevral 2022-ci ildə Avropa İttifaqının sanksiya siyahısına salınıb. Mordaşova qarşı sanksiyaların tətbiqindən az sonra «Severstal» öz məhsulunun Avropaya ixracını dayandırıb, elan edib ki, şirkət tədarükün digər istiqamətlərə yenidən oriyentasiyası üçün variantlar axtarır - o cümlədən, Asiya, Cənubi Amerika, Yaxın Şərq ölkələrinə.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol