Menu

“XEYLİ QOŞUN İTKİSİ VERDİK, BİZİM ÜÇÜN BÖYÜK FACİƏDİR” - Peskov Rusiyanın böyük itkilərini etiraf etdi

07.04.2022, 22:31
“XEYLİ QOŞUN İTKİSİ VERDİK, BİZİM ÜÇÜN BÖYÜK FACİƏDİR” - Peskov Rusiyanın böyük itkilərini etiraf etdi

Rusiya Ukraynada keçirilən xüsusi əməliyyat zamanı xeyli itki verib.

APA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Britaniyanın “SkyNews” telekanalına müsahibəsində bildirib.

“Biz xeyli qoşun itkisi verdik, bu, bizim üçün böyük faciədir”, - deyə Kremlin sözçüsü bildirib.

Martın 25-də Rusiya Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyatlar zamanı 1351 rusiyalı hərbçinin öldürüldüyünü, daha 3825 nəfərin yaralandığını bildirib.

Şərhlər

Veteran 2022-04-11 16:08:24

Rəqəmlərin sonuna sıfır rəqəmini yazmağı deyəsən unudub

Elmira 2022-04-08 09:09:53

Ona görə ruslar Ukraina camaatı zorla Rusiyaya aparırlar?!

Bakılı 2022-04-08 00:24:27

Dingildəyirdilər, yaman dincəltdilər amma bu alkloidləri, bu heç ukraynanı tuta bilmir, amerika, nato ilə necə döyüşərdi ki)))) ay bili

musa 2022-04-08 00:01:19

bu xəstə elə bilir dünyanı aldatmaq olar .yox bir 5 nəfər ölüb

t.ədalət 2022-04-07 22:45:37

Bu itkiləri unutmaq üçün Rusiyaya 100 il lazım olacaq.

Polad 2022-04-07 21:40:35

özgə malına göz dikənin axırı belə olur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol