Menu

Azərbaycanda 202 uşaq övladlığa verilib

08.04.2022, 12:49
Azərbaycanda 202 uşaq övladlığa verilib

2019-cu ildən indiyə qədər Azərbaycanda 202 uşaq övladlığa verilib.

“Report” xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev deyib.

O bildirib ki, onlardan 104 nəfər oğlan, 98-i qızdır: “Bu ilin aprelin 1-ə kimi isə 54 uşaq övladlığa verilib”.

F.Ağayev söyləyib ki, sosial xidmət müəssisələrində olan valideyn himayəsindən məhrum olmuş 1575 uşağın uçotu aparılıb. Onun sözlərinə görə, onlardan 625 qız, 490 oğlandır: “Həmin uşaqların uçotu aparılaraq elektron bazaya yerləşdirilir. Uşaqlar haqqında məlumatları oradan əldə etmək mümkündür”.

Şərhlər

t.ədalət 2022-04-08 22:20:23

Uşaqlar dövlət nəzarətində daha güvənlidir.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol