"Ukraynadakı müharibə Avropa Parlamentinin demokratiyanın güclü müdafiəçisi kimi cəsarət və liderlik göstərməsi üçün sınaqdır".
"AzPolitika.info" xəbər verir ki, bunu qanunverici orqanın Prezidenti Roberta Metsola Gürcüstan mətbuatına müsabibəsində deyib. Metsola geniş müsahibəsində Avropa İttifaqını Ukrayna üçün daha çox iş görməyə çağırıb.
“Biz seçim etməliyik. Ya Ukraynanı xilas etməliyik, ya ona arxamızı çevirməliyik. Arxamızı çevirmək o deməkdir ki, bizə demokratik lider, dünyada azadlığı dəstəkləyən qlobal siyasi güc kimi baxan ölkədən üz çeviririk”, – Metsola söyləyib.
Maltalı siyasətçi Metsola Ukraynanın yalnız əlavə hərbi avadanlığa deyil, həm də əsgərlərinin işlətməyi bacardığı silahlara ehtiyacı olduğunu vurğulayıb. Çexiya aprelin 5-də Ukraynaya T-72 tankları və BVP-1 piyada döyüş maşınları göndərib. Metsola Avropanın yardımı bu yolla artırmalı olduğunu vurğulayıb.
Aİ-nin indiyədək göstərdiyi 1.2 milyard avroluq maliyyə yardımının misli görünməyib, amma Prezident deyir ki, “Ukrayna sağ qalmalıdır. Biz kömək etməliyik, Ukraynanın bu müharibəni udmasını təmin etməliyik, çünki əks halda bütün Avropa əldən gedəcək”.
"AzPolitika.info"


Şərhlər