Menu

"Bu cür ritorika Kremldən gələn ritorikaya bənzəyir" - Zelenski

09.04.2022, 15:01
"Bu cür ritorika Kremldən gələn ritorikaya bənzəyir" - Zelenski

"Avropa İttifaqının aparıcı siyasətçisi bizdən Buçada törədilən qırğının səhnləşdirilib-səhnələşdirilmədiyi barədə sübut istəyirdi".

APA xəbər verir ki, bunu Ukraynanın Prezidenti Vladimir Zelenski "Bild"ə müsahibəsində deyib.

"Bild"in əməkdaşı Paul Ronzheimerin prezident Zelenskidən son günlərdə eşitdiyi ən pis şey barədə soruşub. Suala cavab verən Zelenski deyi ki, Aİ-nin aparıcı siyasətçisi ondan Buçada hərbi cinayətlərin səhnələşdirilmədiyinə dair sübut istəyib. Prezident Zelenski bildirib ki, bu cür ritorika Kremldən gələn ritorikaya bənzəyir.

Jurnalist bu siyasətçinin Avropa ölkələrindən birinin başçısı olub-olmadığını soruşduqda, Zelenski "Bəli" cavabını verib.

Lakin Ukrayna lideri həmin siyasətçinin kimliyi haqda danışmaq istəməyib: “O mənə dedi ki, bizə bunun səhnələşdirilmədiyinə dair sübut göstərin”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol