Menu

Ermənilər də Rusiyadan imtina edir - Rəy sorğusunun sürpriz nəticələri açıqlandı

09.04.2022, 16:08
Ermənilər də Rusiyadan imtina edir - Rəy sorğusunun sürpriz nəticələri açıqlandı

SOCIES ekspert mərkəzi Yerevan Universitetinin iştirakı və Konrad Adenauer fondunun maliyyə dəstəyi ilə Ermənistanda rəy sorğusu keçirib.

"AzPolitika.info" erməni mətbuatına istinadən xəbər verir ki, rəy sorğusunun nəticələrinə görə respondentlərin 69.7 faizi Ermənistanın Rusiya ilə münasibətləri məhdudlaşdırmalı, Avropa İttifaqı və ABŞ-la münasibətləri isə genişləndirməli olduğunu bildirib.

Rəyi soruşulanların 34.1 faizi deyib ki, Ermənistan NATO-ya üzv olmalıdır.

Respondentlərin yalnız 29.1 faizi “təhlükəsizlik çətirinin” Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında olduğunu deyib.

Respondentlərin 41 faizi ölkənin gələcəyini Avropa İttifaqında gördüyünü bildirib. Rəyi soruşulanların 28.7 faizi Avrasiya İqtisadi İttifaqında üzvlüyə tərəfdar olduğunu deyib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol