Menu

FƏRRUXDA "SÜLHMƏRAMLILARIN" NÖVBƏTİ TƏXRİBATI - “Caliber” Moskvanın niyyətinı açıqladı + VİDEO

09.04.2022, 23:22
FƏRRUXDA "SÜLHMƏRAMLILARIN" NÖVBƏTİ TƏXRİBATI - “Caliber” Moskvanın  niyyətinı açıqladı + VİDEO

Xocalının Fərrux kəndində aprelin 7-də rusiyalı "sülhməramlılar "tərəfindən təxribata yol verilib. Bu barədə “Caliber”in “Youtube” kanalında yayımlanan növbəti materialda qeyd olunub.

Qeyd olunub ki, hazırda Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingent Fərrux kəndində həmçinin müşahidə kameraları yerləşdirməyə cəhd göstərir.

Videoda həmçinin Ağdərə istiqamətində baş vermiş növbəti erməni təxribatından da bəhs edilib.

Ətraflı süjetdə:

Şərhlər

B.Qarabağlı 2022-04-10 11:30:42

Fərz edək ki, kimsə və ya naməlum qurum SƏNİN həyətində hansısa işləri görür? Mümkün maneə və təhlükənin qarşısını almaq üçün həmin ərazi çevik Müdafiə və Asayişin parallel nəzarətinə götürülməlidir! 27, ya 35 il davam edən oyuqluğu, operativ çeviklikliyə dəyişmək anıdır! Moskva ilə danışmaq da olar? Ancaq, özünün olan ərazidəki sualın-əngəlin həllini uzaqdan gözləmək heç də doğru deyil!

t.ədalət 2022-04-10 10:18:47

Biz,xain və olduqca fitnəkar Rusiya dövləti haqqında balalarımıza düzgün tərbiyə verməliyik.Rusiyanı yenməyin yolu Azərbaycanda Rusiyaya və onun yaramaz dilinə son verməliyik...

Türk Turan 2022-04-10 00:00:46

Bu biyabırçılığa dərhal son vermək lazımdır. rus tərbiyəsiz məramlılar özlərini nə hesab edirlər? Bizim monitorinq mərkəzimiz hara baxır? Türkiyə niyə ağzına su alıb oturub? Terrorməramlıları bir saniyə belə vətənimizdə görmək istəmirik!

t.ədalət 2022-04-09 23:50:09

Burda bir az ifadə səhvi var."Sülhməramlı" deyilən işğalçılar yox,aranı qarışdıran ermənistanın sülh anlaşmasına reaksiya verən Putindir..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol