Menu

“Rusiya Donbasda dişlərini sındıracaq”- Yermak

09.04.2022, 23:57
“Rusiya Donbasda dişlərini sındıracaq”- Yermak

“Ukrayna öz suverenliyi və ərazi bütövlüyündən geri çəkilməyəcək”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak sosial şəbəkə səhifəsində yazıb.

Yermak Rusiyanın Donbasda qalib gələ bilməyəcəyinə əmindir: “Rusiya Donetsk və Luqansk vilayətlərinin bütün ərazisini işğal edə bilməz. Qarşısında Ukrayna Ordusu dayanıb, ona görə də Kreml terror taktikasını davam etdirir. Onlar insanları şəhərlərlə birgə məhv etmək istəyirlər, lakin bu taktika işləməyəcək. Rusiya dişlərini sındıracaq”.

Prezident ofisinin rəhbəri həmçinin Mariupolun Stalinqrada bənzədilməsinin əleyhinə olduğunu bildirib. O, qeyd edib ki, Mariupol bütünlükdə Ukraynanın apardığı mücadilə kimi özünün unikal cəhətlərinə malikdir və Buça, İrpen və digər şəhərlərdə olduğu kimi burada da törədilən bütün hərbi cinayətlərə görə cavabdeh olanlar Haaqa Məhkəməsində cavab verəcəklər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol