Menu

Fransada prezident seçkiləri keçirilir

10.04.2022, 10:02
Fransada prezident seçkiləri keçirilir

Fransada aprelin 10-u bazar günü prezident seçkiləri keçirilir.

APA-nın “Deutsche Welle”-ə istinadən məlumatına görə, təxminən 49 milyon fransız səsvermə hüququna malikdir.

Sorğulara görə, prezidentlik yarışında hazırkı dövlət başçısı Emmanuel Makron və sağçı populist Milli Ralli partiyasının nümayəndəsi Marin Le Pen öndədir.

Qeyd edək ki, 2017-ci ildə də iki namizəd seçkilərin ikinci turuna keçdilər, nəticədə Le Pen Makrona uduzdu.

Şərhlər

turan 2022-04-10 17:13:58

İlanın ağına da lənət, qarasına da

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol