Menu

Azad olunan ərazilərdə daha 247 mina aşkarlanıb

11.04.2022, 12:00
Azad olunan ərazilərdə daha 247 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, aprelin 4-dən 9-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 106, tank əleyhinə 141 mina və 156 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 237 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Şərhlər

t.ədalət 2022-04-11 13:00:47

Minaları regiondakı işğalçı rus qoşunları indi də yerə basdırırlar.Rusiyanın mövqeyi yoxdur.Vəhşilik və qətliamlar,insan fəlakəti törətmək üçün hər şeyə əl atırlar.Eyni zamanda,casus və xəyanətkar kimi işlətdiyi adamları--Səfər Əbiyev,Nacmuddin sadıkov və digərlərini həbs edilməkdən də qoruyurlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol