Menu

“Almaniya və Fransanın səhvinin bədəlini Ukrayna ödəyir” – Dmitri Kuleba

11.04.2022, 13:20
“Almaniya və Fransanın səhvinin bədəlini Ukrayna ödəyir” – Dmitri Kuleba

“2008-ci ildə Almaniya və Fransanın Ukraynanın NATO-ya üzv olmasına icazə verməməsi strateji olaraq səhv qərar idi. Əgər biz NATO-ya üzv olsaydıq, müharibə baş verməyəcəkdi. Hazırda bu səhvin bədəlini Almaniya və Fransa yox, Ukrayna ödəyir”.

“AzPolitika.info” xəbər verir ki, bunları Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ mətbuatına açıqlamasında deyib.

Ukraynadakı son vəziyyətə toxunan Kuleba, müharibə cinayətləri törədənlərlə eyni masa arxasında oturmayacaqlarını bildirib: “Ancaq Ukrayna şəhərlərinə hücumlar dayanarsa, danışıqlar barədə düşünmək olar. İnsanların həyatını xilas etmək şansımız varsa, bu şans mütləq dəyərləndiriləcək. Bizim bir strategiyamız var. Bu strategiya müharibədə qalib gələcəyimizə və torpaqlarımızı azad edəcəyimizə əsaslanır”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol