Dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanı, neftin qiymətində yeni tənzimləməyə getdiyini açıqlayıb.
Belə ki, Səudiyyə Ərəbistanı, Asiyaya satdığı neftin qiymətini son beş ayda ilk dəfə artırıb. Bundan başqa, ABŞ-a satılan neftin qiymətində isə endirim edib. Səudiyyə Ərəbistanının gözlənilməz şəkildə ABŞ-a satdığı neftin qiymətini aşağı salması ilə ABŞ xam neftinin qiymətləri son iki ildən uzun bir müddətin ən aşağı səviyyəsinə geriləyib.
Səudiyyə Ərəbistanının bu qərarı ehtimalla neft qiymətlərinin daha da düşməsinin önünü açmaqla bərabər, ABŞ-ın enerji istehsalçıları üzərindəki təzyiqin artmasına səbəb olub. Səudiyyə Ərəbistanının qərarının ardınca Dow Jones sənaye indeksi mənfiyə dönüb. Orta Şərqdən gələn bu addım, ABŞ-ın neft sənayesinin müqavimətinə bağlı qayğıları ortaya çıxardıb.
ABŞ xam nefti dünən gecə sürətlə əhəmiyyətli bir dəstək nöqtəsini qıraraq günü 2,5 ilin ən aşağı səviyyəsində bağlayıb. Neftə təsir edən ən əhəmiyyətli faktorun isə dolların gücünün gedərək artması göstərilir.
Qeyd edək ki, ABŞ-da neft hasilatının bahalı olduğu və qiymətlərin bir az da aşağı düşməsi vəziyyətində neft hasilatının gəlirsiz olacağı bildirilir. /"Marja"


Şərhlər