“Ukraynada baş verənlər faciədir, lakin Rusiyaya başqa cür hərəkət etmək seçimini qoymadılar”.
“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşdən sonra brifinqdə söyləyib.
Ukraynada döyüşən rusiyalı hərbçilərə minnətdarlığını bildirən dövlət başçısı onların Rusiyanı müdafiə etdiyini vurğulayıb.
***
Ukraynadakı əməliyyatın məqsəd və hədəfləri şübhəsiz yerinə yetiriləcək. RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Amur vilayətinə səfəri zamanı deyib.
O, Rusiya Ordusunun Ukraynada cəsarətli fəaliyyət göstərdiyini əlavə edib.
Qeyd edək ki, Moskvaya səfər edən Avstriya kansleri Karl Nehammer də Vladimir Putinlə görüşdən məyus ayrılıb. Nehammerin bəyanatında deyilir ki, o Putinə Ukraynada insanların ölməsi davam etdikcə Rusiyanın üzərindəki sanksiyaların qalacağını və daha da sərtləşdiriləcəyini deyib.
Kansler habelə Putinə Ukraynada dinc əhali üçün təcili qaydada dəhlizlərin açılmalı olduğunu bildirib: "Mən bu söhbət barədə avropalı partnyorlarımızı məlumatlandıracağam”.
Karl Nehammer qeyd edib ki, Putin Zelenski ilə birbaşa müzakirələr aparmaq təklifini də cavabsız qoyub. O, Rusiya rəhbərinin olduqca pessimisit və müharibənin davam etdirilməsində qərarlı göründüyünü vurğulayıb.
"AzPolitika.info"

Şərhlər
Belə çıxır ki,Putin Rusiyanın yer üzərindən silinməsinə köklənib..