Menu

Mərkəzi Bankın İdarə Heyəti tam tərkibdə dəyişdiriləcək - Ekspet səbəbini açıqladı

12.04.2022, 17:50
Mərkəzi Bankın İdarə Heyəti tam tərkibdə dəyişdiriləcək - Ekspet səbəbini açıqladı

Bu gün Milli Məclis Elman Rüstəmovun Mərkəzi Bankın (MB) İdarə Heyətinin üzvlüyündən azad edilməsinə səs verib. Xatırladaq ki, o Prezident İlham Əliyevin parlamentə göndərdiyi təqdimat əsasında vəzifəsini itirib. E.Rüstəmov 2 il əvvəl MB sədri postuna növbəti dəfə təsdiqlənmişdi, qarşıda onun 3 illik səlahiyyəti qalsa da ölkə rəhbərliyi onun vəzifəsindən azad edilməsini məqsədəuyğun sayıb.

Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirir ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 25-ci maddəsinə əsasən Mərkəzi Bankın İdarə Heyətinin üzvləri vaxtından əvvəl yalnız konkret hallarda vəzifədən azad edilə bilər. Onun sözlərinə görə, bu hallardan biri də istefa ərizəsinin təqdim edilməsidir.

"Başa düşdüyüm qədər, səlahiyyət müddətinin bitməsinə hələ 3 il qalan Elman Rüstəmov da ən azı formal olaraq məhz öz ərizəsi ilə vəzifəsindən azad edilib", ekspert vurğulayıb.

Ə.Həsənov deyir ki, Mərkəzi Bankın İdarə Heyətinin digər 3 üzvü - Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayevin səlahiyyət müddəti artıq martın 7-də bitib: "Onlar 7 mart 2017-ci ildə 5 il müddətinə təyin edilmişdilər. Taleh Kazımovdan fərqli olaraq, onları növbətə müddətə İdarə Heyətinin üzvü təyin etmədilər. Böyük ehtimalla yeni sədrin rəyi əsasında İdarə Heyətinin tərkibi tam dəyişəcək. Odur ki, yaxında bu məsələ də həll olunmalıdır. Güman edirəm ki, yeni tərkibdə Mərkəzi Bankın mövcud əməkdaşlarından da kimsə yer alacaq. Çünki işi daxildən bilən kadrlara zərurət var".

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol