Menu

Qoşqar Təhməzli sahibkarların AQTA-dan qorxmasına münasibət bildirib

12.04.2022, 13:25
Qoşqar Təhməzli sahibkarların AQTA-dan qorxmasına münasibət bildirib

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “sahibkarların polisdən daha çox AQTA-dan qorxması” fikirlərinə münasibət bildirib.

APA xəbər verir ki, Agentlik sədri jurnalistlərə açıqlamasında deyib ki, sahibkar təhlükəli fəaliyyət həyata keçirmirsə, qorxmağa ehtiyac yoxdur.

O bildirib ki, baytarlıq məhsulları, vaksinlər, bitkiçilik məhsullarını ölkəyə idxal edən minlərlə sahibkar var. Onlar da özlərini etibarlı sahibkar kimi təsdiq ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol