Menu

"Toyuq dönərlərilə bağlı standartın tətbiqi könüllüdür" - AQTA sədri

12.04.2022, 13:50
"Toyuq dönərlərilə bağlı standartın tətbiqi könüllüdür" - AQTA sədri

"Azərbaycanda toyuq dönərinə qadağa qoyulmayıb".

"Report"un xəbərinə görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, toyuq dönərlərinin hazırlanması haqqında standartlar var idi: "Müvafiq qurum ləğv olunandan sonra həmin standartlar könüllülük fəaliyyəti daşıyır. Toyuq və ət dönərinin hazırlanmasında müəyyən sanitariya qaydaları var və onlara əməl olunmalıdır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol