Menu

“Ukraynanın bütün şəhərlərinə hücum olacaq” - Kadırov xəbərdarlıq edib

12.04.2022, 14:13
“Ukraynanın bütün şəhərlərinə hücum olacaq” - Kadırov xəbərdarlıq edib

Rusiyanın silahlı qüvvələri tezliklə Ukraynanın şəhərlərinə, kəndlərinə və digər yaşayış məntəqələrinə hücuma başlayacaq.

Bu barədə Çeçenistanın başçısı Kadırov Teleqramda videomüraciətində bəyan edib.

«Tapşırıqlar aydındır və biz, konkret işləməyə başlayacağıq, noqtələr üzrə və hücum dalğası olacaq» - Kadırov bildirib və əlavə edib ki, söhbət bütün yaşayış məntəqələrindən, şəhərlərdən və kəndlərdən gedir. "Amma Luqansk və Donetski ilk növbədə tamamilə azad edəcəyik, ali baş komandan belə tapşırıq verib" - Çeçenistan başçısı qeyd edib və ardınca dəqiqləşdirib ki, əməliyyatın hədəfi Kiyev və yerdə qalan şəhərlərin “azad edilməsidir”.

«Bundan sonra çox maraqlı olacaq» - Kadırov vəd edib.

Kremldə bu bəyanatı hələlik şərh etməyiblər.

AzPolitika.info

Şərhlər

Türk Turan 2022-04-12 16:32:50

Qorxaq, xain, satqın kadıryan.

t.ədalət 2022-04-12 16:07:42

"Ağılsız köpəklər ulduza hürər"-deyiblər.

Eli 2022-04-12 14:32:19

Çeçen Xalqı kimi meğrur ,azadlıqsever bu yolda minlerle qurban veren,300 il Rusiya imperiyasına qarşı dayanmadan mübarize aparan bir Xalqın rehberine baxın.Çeçenlerin üz qarası.Bu ne tez yadından çıxarıb ki Putin Qroznunu yerle leksan etdi imkanı omsaydı Çeçenisranı yer üzünden silib alkaş rusları ora yerleşdirerdi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol