Menu

Polis şöbəsində arvadını güllələyən serjanta 18 il həbs cəzası verilib

12.04.2022, 16:46
Polis şöbəsində arvadını güllələyən serjanta 18 il həbs cəzası verilib

Bakının Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşı İsmayıl Məmmədova hökm oxunub.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib.

O, məhkəmədən ədalətli hökm çıxarılmasını tələb edib.

İsmayıl Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror İ.Məmmədovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qeydə alınıb.

Belə ki, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İ.Məmmədov həyat yoldaşı Xanım Məmmədovanı qətlə yetirib.

İstintaqla müəyyən edilib ki, İ.Məmmədov xidmətdə olarkən həmin vaxt 24-cü Polis Şöbəsinin inzibati binasında arvadı Xanım Məmmədovanı onun tərəfindən döyülməsi ilə əlaqədar müraciəti əsasında aparılan araşdırma gedişində izahatı alınarkən azyaşlı övladlarının gözü qarşısında üzərində gəzdirdiyi xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb.

İstintaq dövründə İ.Məmmədov barəsində Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.

Şərhlər

Eli 2022-04-12 17:03:55

Bir misal var: bir saniyenin Sebri insan taleyini hell edir .Niye bizim cavanlar addım atmamışdan qabaq bir neçe saniye de olsun fikirleşib ağılla sebrle hereket etmirler.Sade bir iddia ve düşünülmemiş addım neçe insanın heyatımı puç etdi.Neye kazım şdi bu menemlik.Yeqin ki insan xarakteri onun taleyini hell edir meselesi tesdiq olunmuş bir aksiomadır.Çox heyv ,çox teessüf ki bele hadiseler tez tez baş verir.Burda ağsaqqalların da günahı var,çünki pis övlad yoxdur pis valideyn var.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol