Menu

Poroşenko Donbassın  xüsusi statusunu ləğv edir

04.11.2014, 12:19

poroshenko_93Bu gün prezident Petro Poroşenkonun təşəbbüsü ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının toplantısı keçiriləcək.

APA-nın “112.ua” saytına istinadən verdiyi xəbərə görə, P. Poroşenko noyabrın 3-də axşam xalqa müraciətində Donbassın ayrı-ayrı rayonlarının xüsusi statusu haqqında qanunun ləğvi barədə məsələ qaldıracağını bəyan edib.

Dövlət başçı bildirib ki, problemin həllində sülh yolu prioritet olsa da, yığıncaqda Ukraynanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi müzakirə olunacaq: “Hadisələrin bizim istəyimizə zidd şəkildə cərəyan etməsi ehtimalını nəzərə alaraq biz təhlükəsizliyimizi intensiv şəkildə möhkəmləndirməyə davam edəcəyik”.

Prezident Donbassın separatçıların nəzarətində olan hissəsinə xüsusi status verilməsi haqqında oktyabrın 18-də qüvvəyə minən qanunun ləğvi məsələsini qaldıracağını da açıqlayıb.

Xatırladaq ki, separatçılar noyabrın 2-də nəzarət etdikləri ərazilərdə “seçki” keçiriblər. Bu addım Ukraynanın, eləcə də ABŞ və Avropa Birliyinin kəskin etirazına səbəb olub. Rusiya isə separatçıların addımını dəstəkləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol