Menu

"Yelo Bank" ağacəkmə kampaniyasında iştirak etdi - FOTOLAR

12.04.2022, 18:18
"Yelo Bank" ağacəkmə kampaniyasında iştirak etdi - FOTOLAR

"Yelo Bank" korporativ sosial məsuliyyət çərçivəsində ölkədə ekoloji mühitin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə qatılmağa davam edir.

Bu dəfə 11 aprel tarixində "Yelo Bank"-ın rəhbər və işçi heyəti “Yaşıl Marafon” ağacəkmə kampaniyasına qatıldılar. Kampaniya çərçivəsində Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən 50 hektarlıq ərazidə maliyyə assosiasiyalarının iştirakı ilə müxtəlif ağaclar əkildi. Ərazidə həmçinin damla-suvarma sistemi də qurulub.

Qeyd edək ki, Marafon IDEA İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə keçirilib. Marafonda Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 6000-ə yaxın eldar şamı və zeytun ağacı əkilib.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!

"Yelo Bank" – Parlaq bankçılıq! 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol