Çinin dəniz polisinin 4 patrul gəmisi çərşənbə axşamı Şərqi-Çin dənizinin mübahisəli Senkaku (Dyaoyuydao) adaları zonasına daxil olub. Yaponiya buranı özünün ərazi suları hesab edir.
Bu barədə aprelin 12-də Kyoda agentliyinə istinadla TASS xəbər verib.
Resursun xəbər verdiyi kimi, gəmilərdən biri avtomatik topa oxşayan avadanlıqla komplektləşdirilib. Agentliyin məlumatına görə, buna qədər ÇXR gəmiləri Senkaku adaları zonasına martın 16-da daxil olub.
Xəbər verilir ki, Çin gəmiləri mübahisəli adalar zonasını tərk ediblər, amma ərazidə bir neçə saat olublar.
AzPolitika.info


Şərhlər