Finlandiyanın telekommunikasiya avadanlıqları istehsalçısı «Nokia» Rusiyanın Ukraynadakı hərbi əməliyyatına görə və Qərb ölkələrinin sanksiyaları fonunda Rusiya bazarından getmək barədə qərar qəbul edib.
Bu gün şirkətdə bəyan etdikləri kimi, fevralın 24-dən sonra «Nokia» anlayıb ki, Rusiyada qalmaq mümkün deyil. Şirkət 3 həftə müvəqqəti olaraq Rusiyaya tədarükü və yeni layihələri dayandırıb. Bu barədə «İnterfaks» agentliyi xəbər verib.
«İndi biz, Rusiya bazarından getməyi elan edə bilərik» - şirkətdə qeyd ediblər.
AzPolitika.info


Şərhlər