Menu

Bayden Rusiyanın Ukraynadakı hərəkətlərini ilk dəfə olaraq soyqırım adlandırıb

13.04.2022, 08:44
Bayden Rusiyanın Ukraynadakı hərəkətlərini ilk dəfə olaraq soyqırım adlandırıb

ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Ukraynadakı hərəkətlərini ilk dəfə olaraq soyqırım adlandırıb.

“Report”un məlumatına görə, bu barədə CNN xəbər verib.

O, Ayova ştatında çıxışı zamanı deyib ki, amerikalıların büdcəsi diktatorun başqa ölkədə soyqırım törədib etməməsindən asılı olmamalıdır.

“Sizin ailə büdcəniz, çəninizi doldurmaq qabiliyyətiniz, bütün bunlar diktatorun müharibə elan edib-etməməsindən və dünyanın yarısı üçün soyqırım törətməsindən asılı olmamalıdır”, - Prezident bildirib.

Bayden həmçinin deyib ki, o, “Putinin qiymət artımları” ilə mübarizəyə kömək etmək üçün strateji neft ehtiyatından gündə bir milyon barel neftin buraxılmasına icazə verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol