Menu

Aİ Rusiyanın nəhəng media şirkətlərinin direktorlarına sanksiya tətbiq edib

13.04.2022, 14:21
Aİ Rusiyanın nəhəng media şirkətlərinin direktorlarına sanksiya tətbiq edib

Avropa İttifaqının beşinci sanksiya paketinə Rusiyanın 217 fiziki və 18 hüquqi şəxsi daxil edilib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, siyahıya Rusiyanın iri media menecerləri də düşüb.

Bildirilib ki, onların arasında RTR-in (Ümumrusiya Dövlət Teleradio Şirkəti) baş direktoru Oleq Dobrodeyev, “Moskovskoye Komsomolets” qəzetinin baş redaktoru Pavel Qusev, TASS-ın baş direktoru Sergey Mixaylov, “Sankt-Peterburq” telekanalının baş direktoru Aleksandr Malkeviç, “Natsionalnaya oborona” (“Milli müdafiə”) jurnalının baş direktoru İqor Korotçenko da var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol