Menu

Ramazan ayının on üçüncü gününün imsak, iftar və namaz vaxtları – FOTO

14.04.2022, 00:20
Ramazan ayının on üçüncü gününün imsak, iftar və namaz vaxtları – FOTO

Bu gün Ramazan ayının on üçüncü günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 14-də imsak vaxtı saat 04:35-də, iftar vaxtı isə 19:32-dədir.

Aprelin 14-ü üçün namaz vaxtları:

Sübh azanı 04:40

Günorta (Zöhr) azanı 12:41

İlkindi (Əsr) azanı 17:22

Axşam (Məğrib) azanı 19:32

Gecə ( Yatsı və ya İşa) azanı 20:37

On üçüncü günün imsak vaxtı üçün duanı təqdim edirik: “Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin!”

Tərcüməsi: “İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı!”

İftar duası:

“Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

Tərcüməsi: “İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”

Allah orucunuzu qəbul eləsin!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol