Aprelin 13-də millət vəkili Sadiq Qurbanovun təşəbbüsü, YAP Siyəzən rayon təşkilatının və Siyəzən şəhər 2 saylı tam orta məktəbin təşkilatçılığı ilə "Qəhrəmanlarımızı tanıyaq" devizi altında Balaca Həmyə kəndində Vətən müharibəsi şəhidləri Ağaəli Ağayevin və Qardaşağa Cəbiyevin yaşadıqları evdə açıq dərslər keçirilib.
S.Qurbanov "Facebook" səhifəsində yazıb ki, dərslərdən əvvəl şəhidlərimizin məzarları ziyarət edilib, onların məzarları üzərinə gül dəstələri qoyulub. Daha sonra şəhid valideynlərinin iştirakı ilə keçirilən dərsdə qəhrəmanlarımızın həyat və döyüş yolu barədə şagirdlərə ətraflı məlumat verilib.
"AzPolitika.info"


Şərhlər