Menu

Azərbaycanda dələduzluqda təqsirləndirilən qardaşlar bəraət alıb

14.04.2022, 16:46
Azərbaycanda dələduzluqda təqsirləndirilən qardaşlar bəraət alıb

Azərbaycanda dələduzluqda təqsirləndirilən Faiq Abdullazadə və onun qardaşı Fərid Abdullazadə bəraət alıb.

"Report"un əldə etdiyi məlumata görə, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsinin hakimi Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qərara əsasən, həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, iş üzrə zərərçəkmiş qismində tanınan Vüsalə Atayeva hüquq-mühafizə orqanlarına şikayətində bildirib ki, keçmiş həyat yoldaşı Faiq Abdullazadə qardaşı Fərid Abdullayev ilə əlbir olaraq onun etibarından sui-istifadə edib, müxtəlif vaxtlarda ümümilikdə 191 950 manat pulunu ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin höküm ilə hər iki şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan qardaşların müdafiəçisi, vəkil Ceyhun Yusifov apellyasiya şikayəti verib.

Şərhlər

Seyid ƏNHU 2022-04-14 23:30:17

Deməli belə çıxır ki ,əgər vəkil apelyasiya şikayəti verməsəydi iki məsum insan bir nadan hakimin istəyi ilə 7 il haqüsız yerə cəza çəkməli idi. Haikmlər haqda yeni qanun yazılmalıdır. Onlara insan taleyini etibar etnək olmaz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol