Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 bəndinə əsasən təqsirləndirilırık Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 7 il müddəinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Abdullayev Fərid və Abdullayev Faiq Novruzəli oğlu qardaşları azadlığa buraxılıb.
Legitim.az-ın əldə etdiyi məlumata görə, qardaşların müdafiəçisi vəkil Ceyhun Yusifovun Apellyasiya Məhkəməsinə verdiyi şikayətə müsbət cavab verilib.
Uzun araşdırmadan sonra Apellyasiya Məhkəməsinin hakimi Ziya Şirinov tərəfindən qardaşlar barəsində bəraət hökmü çıxarılıb.
Xatırladaq ki, qardaşlar Abdullayev Faiqin keçmiş həyat yoldaı Vüsalə Arif qızı Atayeva tərəfindən məhkəməyə verilmişdi. V. Atayeva qardaşların ondan yüksək məbləğdə pul aldığını iddia etmişdi.


Şərhlər