Menu

Kərimovun yaxtasına, Abramoviçin villasına həsb qoyuldu - Rus oliqarxların ovu davam edir

14.04.2022, 18:08
Kərimovun yaxtasına, Abramoviçin villasına həsb qoyuldu - Rus oliqarxların ovu davam edir

Rusiyalı məşhur oliqarx Süleyman Kərimovun "Amadea" adlı 325 milyon dollarlıq yaxtasını sanksiyadan qorumaq məqsədilə Meksikadan Fici adasına göndərib. Fici Yeni Zelandiya yaxınlığında kiçik dövlətdir. Amma yaxta Ficiyə gələn kimi polis gəmini həbs edib. Qeyd edək ki, Dağıstan əsilli Kərimovun varidatının ötən il 14 milyard dollar olduğu bildirilirdi.

Fransa hakimiyyəti isə rusiyalı milyarder Roman Abramoviçə məxsus villaya həbs qoyub. İngiltərədə nəşr olunan “Daily Mail” qəzeti məlumat yayıb ki, elit villa Fransanın cənubunda, Antibes şəhərinin dənizkənarı qayalıqlarında yerləşir. "Şato de la Kro" adlı mülkün dəyəri təxminən 90 milyon funt-sterlinq (9,7 milyard rubl) olaraq qiymətləndirilir. Villa 1926-cı ildə tikilib və 10-dan çox yataq otağı, səkkiz vanna otağı var. Tikili 12 hektar meşə və qazonlarla əhatə olunub. Aralıq dənizi isə bir neçə metr məsafədədir.

2001-ci ildə mülkü satın alan Abramoviç onun bərpasına təxminən 30 milyon funt-sterlinq (3,2 milyard rubl) xərcləyib. Binanın damında 15 metrlik hovuz, zirzəmidə isə nəhəng idman zalı və ev kinoteatrı quraşdırılıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol