Hazırda Avropa üçün Rusiya qazına ağlabatan alternativ yoxdur.
“APA-Economic” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
“Bunu hamı başa düşür, hazırda bazarda sadəcə olaraq sərbəst həcmlər yoxdur”, - Putin vurğulayıb.
Rusiya lideri qeyd edib ki, digər ölkələrdən, ilk növbədə ABŞ-dan Avropaya yönəldilə biləcək tədarüklər istehlakçılara dəfələrlə baha başa gələcək və insanların həyat səviyyəsinə, Avropa iqtisadiyyatının rəqabətqabiliyyətliyinə təsir edəcək.
Vladimir Putin əlavə edib ki, Rusiyanın enerji şirkətləri qlobal bazarın məsuliyyətli iştirakçılarıdır və bunu onilliklər ərzində apardıqları iş və öhdəliklərini ciddi şəkildə yerinə yetirməklə sübut ediblər.


Şərhlər
Görəsən bu Putin seyid zad deyil ki? Seyidlər həddinə arxayın olan kimi bu da qazına çox arxayındır...Nəsə bu volodiya məni şübhəyə salır ki, ya bu seyiddir ya da seyidlərə qohumluğu zadə çatır e.. Şübhəlidir...