Menu

Zelenski ayda 7 milyard dollar maliyyə köməyi istəyib - Avroittifaqdan

15.04.2022, 00:09
Zelenski ayda 7 milyard dollar maliyyə köməyi istəyib - Avroittifaqdan

Volodimir Zelenski Avrokomissiyanın başçısı Ursula fon der Lyayendən Kiyevə ayda 7 milyard dollar təcili maliyyə köməyi tələb olunduğunu bəyan edib.

Bu vəsait sosial ödəmələrin və əmək haqqının bağlanması üçün lazımdır. Bu barədə xəbəri mənbələrə istinadla “Blumberq” agentliyi yayıb.

«Ukraynaya ayda 7 milyard dollar təcili maliyyə köməyi tələb olunur - sosial ödənişləri və əmək haqqını bağlamaq üçün. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə bəyan edib - o, ötən həftə Kiyevə səfər etdiyi zaman» - agentliyin xəbərində deyilir.

Agentliyə görə, Zelenski həm də Ukraynanın öz buğdasını ixrac etdiyi zaman qarşılaşdığı problemlərdən danışıb. Mənbələrin sözlərinə görə, fon der Layyen bəyan edib ki, Avroittifaq sərhədlərdən keçid zamanı tezləşdirilmiş prosedurlar tətbiq edəcək ki, bu məsələdə Kiyevə kömək etsin.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol