Menu

Ukrayna kəşfiyyatı: İşğalçılar Kiyevi ələ keçirmək niyyətindədirlər

15.04.2022, 00:39
Ukrayna kəşfiyyatı: İşğalçılar Kiyevi ələ keçirmək niyyətindədirlər

Ukrayna hərbi kəşfiyyatının əldə etdiyi sənədlər Rusiya işğalçılarının Kiyev şəhərini ələ keçirmək niyyətindən xəbər verir.

Bu barədə Rusiyanın 96-cı fərdi kəşfiyyat briqadası komandirinə Qərb Hərbi Dairəsinin 1-ci tank ordusunun qərargahından daxil olan döyüş əmrində deyilir.

Xüsusilə, Çerniqov və Sumı istiqamətlərində fəaliyyət göstərən Rusiya qoşunlarının “Mərkəz” qruplaşmasına Kiyevin sol sahil hissəsini ələ keçirmək tapşırılıb.

Sənəddə hücumun mərhələləri və briqadanın şəxsi heyətinin vəzifələri qeyd edilib. (Mənbə: Gur.gov.ua)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol