Menu

"Tarifləri artırmaq olar, əhali buna razıdır" - İlham Mirzəliyev

15.04.2022, 12:28
"Tarifləri artırmaq olar, əhali buna razıdır" - İlham Mirzəliyev

"Biz istehlakçılar arasında sorğu keçirib monitorinq aparmışıq. Tarifi 15 qəpikdən 22-25 qəpiyə qaldırmaq olar, əhali buna razıdır".

"Report" xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

"Bizim xarici ekspertlərlə görüşlərimiz olur. Onlar tariflərin artırılmasını təklif edir. Biz isə başqa yol seçmişik. Xidmətin keyfiyyətinin yüksəldilməsi, istilik haqlarının 100 % yığılması və xərclərin optimallaşdırılması ilə istilik təsərrüfatının normal fəaliyyətini təmin etmək istəyirik. Amma istilik təchizatı sosial yönümlü olduğu üçün tariflərin artırılması barədə müraciət etməmişik və artım gündəmdə deyil", - deyə o, əlavə edib.

Şərhlər

t.ədalət 2022-04-15 22:21:22

Yalançıya Allah qənim olsun!

Camaat 2022-04-15 15:28:38

Camaat buna razı deyil....

Camaat 2022-04-15 15:26:17

Yalan sorğu.

turan 2022-04-15 15:25:24

Əhalinin heç biri razı deyil

İsmayıl Xələfov 2022-04-15 12:46:51

Tarifin qaldırılmasın heç kim istəməz. Yalançıya Allah lənət eləsin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol