"1959-cu il tarixdə anadan olmuş qardaşım İbrahimov Şahin Hüseyn oğlu anadan gəlmə əlildir, buna görə uzun illər müavinət alıb. O, hazırda tam iflic vəziyyətindədir, hərəkət edə və danışa bilmir. Qardaşımda əqli gerilik də var".
Bu sözləri "AzPolitika.info" saytına məktub göndərən Ucar şəhər sakini Mikayıl İbrahimov yazıb.
O bildirir ki, bir neçə aydır qardaşının əlillik müddəti bitib: "Yataq xəstəsi olduğu üçün onu xəstəxanaya müayinəyə apara bilmirik ki, sənədlərini Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərsinlər. Bunu Ucar rayon Xəstəxanası və 13 saylı Tibbi Sosial Ekspertiza Komissiyası etməlidr, amma etmək istəmirlər. Dəfələrlə onlara müraciətlər etsəm də, heç bir tədbir görmürlər".
Şikayətçi bildirir ki, qardaşım ağır xəstə olduğu üçün ailə həyatı qurmayıb: "Ona valideyinlərim baxıb, indi isə onlar vəfat edib deyə mən və ailə üzvülərimin himayəsi altındadır. Adam tam hərəkətsizdir, belə bir ağır yataq xəstəsinin əlilliyinin təkrara təyin edilməməsi qanunsuzluqdur. Gücümüz çatmır deyə onu tualetə apara bilmirik, yatağa tualetə gedir. Çox acınacaqlı, dəhşətli mənzərədir. Mənim övladım, həyat yoldaşım onun altını təmizləyirlər və buna görə onlar çox əziyyət çəkirlər".
Mikayıl İbrahimov aidiyyatı dövlət qurumlarına müraciət edərək xahiş edir ki, qardaşını evdə müayinə etsinlər və ona əlillik dərəcəsi təyin olunsun.
"AzPolitika.info" saytı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaşın müraciətinə həssas yanaşacağını və probemi aradan qaldırılacağına ümid edir.
"AzPolitika.info"




Şərhlər
Mənim Nardaran qeydiyyatında olan qardaşım Məmmədov İlham Əli oğlu yataq xəstəsidir. Pensiyasını kəsiblər. Müraciət etmədiyimiz vəzifəli şəxs qalmayıb. Allah, Bunların övladlarını yatağa salsın1 Qan qussunlar!