Menu

İranda 900 ton narkotik maddə müsadirə olunub

16.04.2022, 18:09
İranda 900 ton narkotik maddə müsadirə olunub

Ötən il İranda 900 ton narkotik maddə müsadirə olunub.

APA-nın Tehran bürosu xəbər verir ki, bunu İranın Baş Polis İdarəsinin rəis müavini, general Qasim Rzayi deyib.

O bildirib ki, 2021-ci ilin mart ayından 2022-ci ilin mart ayınadək narkotik qaçaqmalçılığına qarşı mübarizədə çox sayda polis yaralanıb və ölüb.

Generalın sözlərinə görə, İran narkotik qaçaqmalçılığı ilə mübarizə aparmaq üçün sərhədlərini möhkəmləndirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol